Neftin qiyməti 50 dollar ətrafında stabilləşir
Neftin qiymətində bahalaşma davam edir. APA TV-nin məlumatına görə, son dövrlər ilk dəfə 50 dollardan ucuz satılan "Brent" nefti dünən səhər seanslarında 50,12 dollardan satılıb. Dünən axşam saatlarında 50,84 dollara qədər bahalaşan "Brent" nefti hazırda 50,48 dollardan təklif olunur.
Qərbi Texas nefti də bahalaşır. Hərraclarda WTİ nefti 49,71 dollardan satılır. Bu ötən gün səhər seanslarında qeydə alınan qiymətlərdən 50 sent bahadır.
OPEK-in səkkiz ildən sonra ilk dəfə hasilata kvota tətbiq etməsi ilə əlaqədar razılaşmanın əldə olunub olunmaması ilə bağlı olaraq neftin qiyməti 50 dollar civarında dəyişir. OPEK-in təşkil etdiyi bir komitə bu həftə iki məsələyə aydınlıq gətirəcək. Birinci məsələ İŞİD-lə mübarizə aparan İraqın hasilatı azaltmaq istəməməsi, digəri isə kartel ölkələrinin nə qədər neft hasil edəcəyinin müəyyənləşməsidir. Ekspertlər şübhələrin olmasına baxmayaraq, Vyanada razılaşma imzalanarsa, qiymətlərin 52 dolları keçəcəyini, sonra isə daha da yüksələcəyini düşünür. "Reuters"ə daxil olan məlumata görə, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri hasilatı 4 faiz azaltmaqda istəklidir.
Neftin qiymətinin dəyişməsi ABŞ xam neft ehtiyatlarının artıb-azalması ilə əlaqədardır. Ötən gün verilən açıqlamada ehtiyatlar azalmışdı. Bu son iki gün ərzində qiymətlərin bahalaşmasına əsas səbəb hesab olunur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI