Dollar, avro və rubl bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 28-i ilə müqayisədə bahalaşaraq 1,6381 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,7863 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9947 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.

 

Rusiya rublu və Gürcüstan larisinin məzənnəsi bahalaşıb, Türkiyə lirəsi isə ucuzlaşıb. Hazırda 1000 rubl 26 manat 10 qəpik, 100 lirə 52 manat 65 qəpik, 100 lari isə 68 manat 25 qəpikdir.


Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR