Astarada 18 yaşlı qız yeddinci mərtəbədən yıxılaraq öldü

Astarada bədbəxt hadisə baş verib.  APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə  Astara şəhərinin  Heydər Əliyev prospektindəki 9 mərtəbəli yaşayış binasında qeydə alınıb.


Həmin ünvanda yaşayan bacısının evinə qonaq gəlmiş  18 yaşlı Elida İntiqam qızı Musazadə ehtiyatsızlıqdan  binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb. Qızın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunduqdan sonra  ailəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR