İŞİD Mosul yaxınlığında neft yatağını yandırdı - MƏQSƏD

İŞİD Mosul yaxınlığında neft yataqlarına od vurub.  APA TV-ni Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanğın Mosula yaxın olan Qəyyarə şəhərinin ərazisində törədilib.

Şəhərin üzərini qara tüstü dumanı bürüyüb. Bu isə hücum edən koalisiya qüvvələrinə maneçilik törədir. Bununla yanaşı şəhər sakinləri arasında zəhərlənmə faktlarının da olduğu bildirilir.

Xatırladaq ki, Mosulun İŞİD-dən təmizlənməsi üçün oktyabrın 17-də əməliyyat başlanıb. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR