Astarada dağ yolu sürüşdü - TƏHLÜKƏ
Astaranın 21 yaşayış məntəqəsinin 12 min əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun rayonun Vənəşəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, sürüşmə bölgəyə düşən intensiv yağıntılar səbəbindən baş verib. Yol təqribən 7 metrədək sürüşərək nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Həmçinin asfalt üzərində dərin çatlar əmələ gəlib.
Rayonun əlaqədar qurumların müdaxiləsindən sonra yola 10-dək ağırtonnajlı yük maşınında qum-çınqıl gətirilərək döşənib. Nəticədə avtomaşınların hərəkəti bərpa olunub.
Hazırda sözü gedən avtomobil yolunun rayonun Baxışoba kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb. Belə ki, burada eni 3 metr olan yol 10 metrə kimi dərəyə doğru sürüşüb. Sürüşmə zolağı 30 metrlik məsafəni əhatə edib. Ağır texnikanın və işçi qüvvəsinin səyləri ilə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə ərazi nümayəndəsi Şamil Alıyevin sözlərinə görə, yola müntəzəm nəzarət olunur. Yola asfalt qatı isə yayda döşənəcək.
Qeyd edək ki, tikintisinə 6,7 milyon manat vəsait sərf olunmuş Deqədi-Pəlikəş avtomobil yolu ötən ilin aprel ayında istifadəyə verilib. Həmin vaxtdan indiyədək yolda dəfələrlə torpaq sürüşmələri və uçqunlar qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
04:40
863
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
823
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1229
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1554
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1491
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1262