Rusiya hasilatı yox, OPEK-i dondurdu: Hazır deyilik
Rusiya OPEK-ə xam neft hasilatının məhdudlaşdırılmasına hazır olmadığını bəyan edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, rəsmi Moskva heç bir şəkildə hasilatın dondurulmasına getmətəcəyini açıqlayıb.
Xatırladaq ki, "qara qızıl" hasilatının 4 faiz həcmində dondurulması ötən həftənin sonunda Fars körfəzi ölkələrinin Rusiya tərəfi ilə qapalı keçən görüşündə müzakirə edilib. Eyni zamanda sözü gedən mövzunun OPEK üzvü dövlətlərinin kartelə daxil olmayan ölkələrlə müzakirələrində diqqətdə saxlanılacağı gözlənilir.
Qeyd edək ki, sentyabrdan başlayaraq neft hasilatının sutkada 32,5 milyon barelədək azaldılması barədə prinsipial razılıq əldə edən OPEK qeyri-üzv ölkələrə bu göstəricini 400-500 min barel azaltmağı təklif edib. Tərəflər bu istiqamətdə konkret təkliflərin görülməsi və razılaşmaya əməl olunması yollarını oktyabrın 29-da müzakirə etməyə hazırlaşır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI