Lənkəranda iki avtobus toqquşdu: 4 yaralı
Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.
Lənkəran şəhərində marşrut üzrə işləyən sərnişin avtobusu qarşı tərəfdən gələn sərnişin mikroavtobusu ilə toqquşub. Güclü zərbə nəticəsində mikroavtobusun 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların hamısına zəruri tibbi yardım göstərilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın başvermə səbəbləri avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
04:40
863
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
823
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1229
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1554
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1491
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1262