Türkiyənin şərqində qaz kəmərində güclü partlayış!

Türkiyənin Ağrı bölgəsində, Doğubəyazıtdan keçən qaz kəmərində partlayış olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə yerli vaxtla saat 21:00 radələrində qeydə alınıb.

Güclü partlayış nəticəsində baş böyük bir ərazidə yanğın baş verib. Bölgəyə çox sayda polis cəlb edilib. Partlayış səsləri kilometrlərlə uzaqda yerləşən yaşayış məskənlərində aydın eşidilib, insanlar təşvişə düşüb.

Hazırda alovların uzaq məsafələrdən rahatlıqla göründüyü deyilir. Yanğınsöndürənlər boru xəttinə müdaxilə etməkdə çətinlik çəkir.


Xatırladaq ki, bundan əvvəl də Türkiyənin bu bölgəsində analoji hadisələr yaşanıb. Partlayışın PKK tərəfindən törədildiyi istisna edilmir.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR