Türkiyə ilə İraq arasında viza rejimi götürüldü - GÖZLƏNİLMƏZ QƏRAR

Türkiyə və İraq arasında viza rejimi aradan qaldırılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qərar sabahdan etibarən qüvvəyə minəcək.

Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı da bunu təsdiqləyib.

O bildirib ki, Türkiyə və İraq arasında 2014-cü ildə imzalanan anlaşma 28 oktyabr, 2016-cı ildən keçərli olacaq. Göstərilən tarixdən diplomatik, xidməti və xüsusi pasportlar daşıyan Türkiyə və İraq vətəndaşları üçün qarşılıqlı səyahət artıq sərbəstdir.

Xatırladaq ki, oktyabrın 17-dən, İraqda Mosul əməliyyatı başlayan tarixdən Ankara ilə Bağdad arasında münasibətlər gərginləşib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR