Protez-Ortopedik Bərpa Mərkəzi 400 əlil şəxsə səyyar xidmət göstərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi son 3 gündə 7 rayonda səyyar xidmət göstərib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Mərkəzin mütəxəssislərindən ibarət tibbi-texniki briqadası 25-28 oktyabrda 7 rayon və şəhərdə (Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.

 

Səyyar xidmət zamanı pasiyentlər aşağı və yuxarı ətraf protezləri, korset, ortopedik ayaqqabı, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə təmin edilib. Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyatı aparılmış müharibə əlillərinə, vətəndaşlara və səyyar briqadaya müraciət edən ümumilikdə 400-ə qədər şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

 

Bu gün DSMF-nin Hacıqabul rayon şöbəsinin inzibatı binasında işini davam etdirən Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar briqadası oktyabrın 28-də Şirvan şəhərində işini yekunlaşdıracaq.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR