Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi məcburi köçkünlərlə görüşdü
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber və baş nazirin müavini Əli Həsənov Bərdəyə səfər edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, məcburi köçkünlərin məskunlaşdığı düşərgəyə gələn qonaqlar qəsəbə sakinləri üçün yaradılan şəraitlə tanış olub.
Təhsil müəssisələrinə, uşaq bağçalarına baş çəkən Herbert Salber köçkün ailələrinin qonağı olub. O, jurnalistlərə açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə digər münaqişələrdən fərqli yanaşılmalı, regionda müxtəlif xalqlar birlikdə sülh şəraitində yaşamalıdır: “Bu münaqişənin xüsusiyyətlərini çox diqqətlə nəzərdən keçirmək lazımdır. Bizim üçün bir nömrəli məsələ odur ki, bu münaqişədən əziyyət çəkən insanların narahatlıqları və səsləri eşidilsin”.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI