Prezident Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 27-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.
APA TV-nin məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Kristofer Con Kuter etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Kanadalı diplomat ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
* * *
Prezident İlham Əliyev Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini qəbul edib.
Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçib.
Enrike Delqado Xenta etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib.
* * *
Azərbaycanın dövlət başçısı Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib.
Səfir Telar Rinq Denq fəxri qarovul dəstəsinin qarşısından keçib.
O, etimadnaməsini dövlət başçısına təqdim edib.
* * *
Prezident İlham Əliyev oktyabrın 27-də Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Diplomat etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI