Suriyada qiyamət qopa bilər: Rusiya və İranın gizli Rəqqa planı ortaya çıxdı
ABŞ-ın Rəqqa əməliyyatına hazırlaşdığı bir vaxtda Suriyada beynəlxalq koalisiyanın alternativi sayılan Rusiyanın İŞİD "paytaxt"ına gizli hücum planı ortaya çıxıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Moskva Vaşinqtondan əvvəl Rəqqaya girmək istəyir.
Rusiya gəmilərinin Suriyaya çoxlu silah-sursat daşıdığı məlum olub. Rusların İran və Əsəd qüvvələri ilə birgə hərəkət edəcəyi deyilir.
Rusların ABŞ-ın Mosul əməliyyatına susqun qalmasını Rəqqa məsələsində təkrar etməyəcəyi bildirilir. İranın da dəstəklədiyi şiə milisləri artıq hazır vəziyyətə gətirdiyi bildirilir. Adı çəkilən bölgə Suriyanın neftlə zəngin ən böyük ərazisidir. Tərəflərin hücum tarixinin üst-üstə düşəcəyi istisna edilmir.
Rusiya son günlərdə Suriya sahillərinə 7 gəmi ilə cəbbəxana daşıyıb. Tartus və Xmeymim limanlarına boşaldılan silah-sursat Hums ətrafında Əsəd qüvvələrinə təhvil verilib. Həmin ərazidə yerləşən qüvvələr isə Rəqqa istiqamətində çox əlverişli mövqedə yerləşir.
Bölgədə 30-dan çox tank cəmlənib. Bundan əlavə, hava əməliyyatlarında iştirak edəcək qırıcıların da sayının kifayət qədər olduğu qeyd edilir.
Moskvanın planında Rəqqadan başqa Suhnə, Əsəriyyə, Küveyriş və Deyr-əz-Zorun da terrorçulardan təmizlənməsi də var. İranın Bəsrə və Livanda şiə milis dəstələrini də bu bölgəyə gətirdiyi açıqlanır.

OXŞAR XƏBƏRLƏR
04:40
887
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
835
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1251
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1557
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1493
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1264