Bazardan gələn siqnallar dolları bahalaşdırır
Dolların yapon yeninə qarşı məzənnəsi təxminən 3 aylıq maksimum səviyyəsində qərarlaşıb.
"APA-Economics" xəbər verir ki, buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin və FES-in uçot dərəcəsini artırması ilə bağlı ehtimalların artım səviyyəsinin dolları möhkəmləndirməsidir.
Hazırda 1 dollar 104,48 yen təşkil edir. Avronun məzənnəsi isə 0,1 faiz zəifləyərək 1,0902 dollar səviyyəsində qərarlaşıb. Funt sterlinq 0,2 faiz zəifləyərək 1,2218 dollara enib.
Dolların indeksi 0,06 faiz geriləyərək 98,688 səviyyəsinə çatıb. Bu rəqəm isə çərşənbə axşamı dolların 9 aylıq maksimuma çatdığı 99,119 səviyyəsindən bir qədər aşağıdır.
FES-in dekabr ayında keçirəcəyi toplantıda uçot dərəcəsini artırması ehtimalı 74%-dir.
OXŞAR XƏBƏRLƏR
04:40
888
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
835
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1252
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1557
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1493
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1264