Pentaqon Rəqqaya hücumun vaxtını açıqladı: Türkiyə ilə müzakirə aparılır
ABŞ-ın müdafiə naziri Eşton Karter İŞİD-in Türkiyədə dəhşətli terror törətməyi planlaşdıran üzvünü öldürdüklərini iddia edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, terrorçu qruplaşmanın Suriyada özünə "paytaxt" elan etdiyi Rəqqa əməliyyatına hazırlıqlar barədə də danışıb.
O bildirib ki, bu əməliyyat təkcə ABŞ-ın planına uyğun deyil, koalisiyada iştirak edən tərəflərlə bərabər aparılacaq.
Brüsseldə keçirilən mətbuat konfransında Pentaqon rəhbəri İraqın Mosul, Suriyanın Rəqqa şəhərlərinə ediləcək hücumların eyni vaxta düşməsinin əsgəri kontingentlə bağlı problem çıxarıb-çıxarmayacağı məsələsinə də toxunub.
"Eyni vaxta təsadüf edən bu əməliyyatlar barədə əvvəlcədən düşünmüşdük. Bu əməliyyatları biz təkbaşına keçirmirik. Parisdə koalisiya ölkələrinin müdafiə nazirləri ilə bu barədə qərar vermişik. Təyyarələr, ağır texnika, tankların hərəkəti ümumi komandanlıqdan idarə olunacaq", - deyə o bildirib.
Karter əlavə edib ki, Rəqqa əməliyyatına yaxın həftələr içində start veriləcək: "Bu haqda əlavə heç nə demək istəmirəm. Nə etdiyimizi çox yaxşı bilirik. Bu hər zaman belə olub. Rəqqa ətrafında tutacağımız mövqelərimiz və hərəkət istiqamətlərimizi də dəqiqləşdirmişik. Əməliyyat bir neçə həftə çəkəcək".
İŞİD-in mütləq məhv ediləcəyini vurğulayan nazir Türkiyənin bu əməliyyatlarda iştirakı məsələsinə də toxunub.
"Heç kəs unutmasın, Türkiyə İŞİD-in hücumlarına və hədələrinə tuş gələn ölkədir. Biz bu yaxınlarda Türkiyədə dəhşətli terror planı hazırlayan təhlükəli terrorçunu məhv etmişik, bunu etməliyik və yenə edəcəyik. Mosul əməliyyatında Türkiyənin iştirakı məsələsini də Parisdə müzakirə etmişik. Türkiyə tərəfi ilə ortaq nöqtəyə gəlməyə çalışırıq. Dabıkın İŞİD-dən geri alınması bu istiqamətdə müzakirələrə töhfədir", - deyə Karter qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI