Düşmən öldürülən hərbçisinin adını açıqladı

Qoşunların təmas xəttində erməni silahlı bölmələrinin təxribatının qarşısı alınarkən bir düşmən hərbçisi öldürülüb.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da 1996-cı il təvəllüdlü Qurgen Ayvazyan cavab atəşi ilə məhv edilib.

 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstərdiyi, düşmənin fəaliyyətinin əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulduğu, ölü və yaralı olaraq itki verən düşmənin geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR