ABŞ-ın neft ehtiyatları yenə azaldı, neft bahalaşır
Bir günlük fasilədən sonra birjalarda neftin qiyməti yenidən bahalaşmağa başlayıb. ABŞ Energetika Nazirliyinin ölkənin hasil olunmuş neft ehtiyatlarının həcminə dair hesabatı qiymətlərə pozitiv təsir göstərib. Son dövrlər ilk dəfə 50 dollardan ucuz satılan "Brent" nefti səhər seanslarında 50,12 dollardan təklif olunur. Hesabat açıqlanan ərəfədə bu markadan olan neftin qiyməti 49,67 dollar idi. Qərbi Texas nefti də bahalaşır. Hərraclarda WTİ nefti 49,28 dollardan satılır.
ABŞ Energetika Nazirliyinin açıqlamasına görə, ölkənin hasil olunmuş xam neft ehtiyatlarının həcmi bir həftə ərzində 553 min barel azalıb. Amerika Neft İnstitutu ehtiyatların 4,8 milyon barel artacağını proqnozlaşdırırdı, analitiklər isə həcmin 1,69 milyon barel artacağını gözləyirdi. Rəsmi hesabat isə bu proqnozları alt-üst edib, nəticədə neft yenidən bahalaşmağa başlayıb. Yaxın bir həftə ərzində bazara təsir edəcək əsas amil OPEK toplantısından gözləntilər olacaq. Kartelə üzv dövlətlərdən İran, Nigeriya, Liviya və İraqın hasilatı dondurmaq razılaşmasına qoşulmamaq istəyi Vyana toplantısından gözlənilən qərarın çıxması ehtimalını hər gün azaldır.
Ekspertlərin fikrincə, ABŞ-ın neft ehtiyatlarının həcmi azalsa da, bu, qiymətlərin gözlənilən həddə artımına səbəb olmur, çünki, OPEK-in Vyana toplantısında hansısa qərarın qəbul olunacağı ehtimalı azdır. Bazar iştirakçılarının yeganə ümidi Səudiyyə Ərəbistanının hasilatı 1 milyon barel azaltmağa razılıq verməsinə qalıb. Qeyd edək ki, sentyabrda OPEK ölkələri 33,5 milyon barel neft hasil ediblər. Bu rəqəmin ən az 1,5-1,8 milyon barel azaldılması halında neft nəzərəçarpacaq dərəcədə bahalaşa bilər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI