Avro bahalaşdı, rubl ucuzlaşdı - GÜNÜN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 26-sı ilə müqayisədə dəyişməyərək 1,6291 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,7753 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9895 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.
Rusiya rublu və Türkiyə lirəsi ucuzlaşıb, Gürcüstan larisinin məzənnəsi isə dəyişməyib. Hazırda 1000 rubl 26 manat 20 qəpik, 100 lirə 52 manat 72 qəpik, 100 lari isə 68 manat 2 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI