“Vest Hem” - “Çelsi” oyununda ara qarışdı, dava düşdü

İngiltərədə iki futbol klubunun azarkeşləri arasında dava düşüb.

 

APA TV-nin məlumatına görə, İngiltərə kubokunun 4-cü mərhələsinin oyununda Londonun “Vest Hem” və “Çelsi” klubları qarşılaşıb. Qarşılaşma “Vest Hem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunun son dəqiqələrində iki klubun fanatları plastik oturacaqları sındıraraq, bir-birilərinə atıblar. Daha sonra dövrəyə butulkalar, dəmir pullar da girib. Vəziyyət stüardların nəzarətindən çıxıb və toqquşmalar baş verib.

 

Fanatları polis qüvvələrinin səyi nəticəsində sakitləşdirmək mümkün olub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR