Bakıda maşın ustaları arasında dava: xəsarət alan var

Bakının Xətai rayonunda yerləşən avtomobil təmiri sexində kütləvi dava olub.

 

APA TV-nin məlumatına görə, sexdə işləyən ustalar arasında mübahisə yaranıb. 1977-ci il təvəllüdlü Hacıyev Səxavət Müzəffər oğlu təmir işi aparan zaman özündən yaşca böyük olan həmkarı ilə sözü çəp gəlib. Həmin şəxs isə mübahisə zamanı öz oğluna və dostlarına zəng edərək, sexə çağırıb. Nəticədə Səxavət Hacıyev üç nəfər tərəfindən küt alətlə döyülüb. O, başından və bədənin müxtəlif nahiyələtində aldığı xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Səxavət Hacıyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları sözügedən avtomobil təmiri sexinə baxış keçirib. Hadisəni törədənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR