Fransada polis etiraz aksiyaları davam edir: Fransua Olland vəd verdi
Fransada iş şəraitinə etiraz edən minlərlə polis ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirib.
Paytaxt Parisdə 900 polis parlament binasının qarşısına toplaşıb. Mülki geyimdə olan polis işçiləri iş şəraitinin düzəldilməsi tələbi ilə şüarlar səsləndirib.
Polis əməkdaşları Parislə yanaşı, Strasburq, Nitsa, Marsel, Monpelye, Lion və digər şəhərlərdə də meydanlara çıxıblar.
Fransa prezidenti Fransua Olland axşam saatlarında polis həmkarlar təşkilatlarının nümayəndələrini Yelisey sarayında qəbul edib və şikayətlərini dinləyib. Prezident problemlərin həlli barədə göstəriş verəcəyini bildirib.
BFM televiziya kanalının keçirdiyi rəy sorğusunun nəticələrinə görə, respondentlərin 88 faizi polislərin aksiyasına dəstək verib.
İş şəraiti ilə yanaşı, son vaxtlar polis əməkdaşlarına hücumlar da etirazlara səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI