Ağdamda iki maşın toqquşdu, sürücülər xəstəxanalıq oldu

Ağdamda yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.

 

Kənd sakini  Vüqar Əliyevin  idarə etdiyi  VAZ-21011  markalı avtomobil  Taleh Məmmədovun idarə etdiyi  VAZ-2106  markalı maşınla toqquşub.

 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Onlar Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Ağdam  Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR