Olimpiadanın azərbaycanlı iştirakçısında dopinq tapıldı
2008-ci ilin Pekin Olimpiadasının bir neçə iştirakçısında dopinq aşkarlanıb. APA TV-nin məlumatına görə, onların arasında azərbaycanlı ağır atlet də var. İdmançıların təkrar yoxlanması zamanı dopinq testi müsbət nəticə verib. Məlumatı Beynəlxalq Olimpiya Komitəsi yayıb.
Nəticələrdən sonra özbəkistanlı güləşçi Soslan Tigiyev, ukraynalı ağır atlet Olqa Korobka, belaruslu ağır atlet Andrey Rıbakov, qazaxıstanlı güləşçi Taymuraz Tigiyev gümüş medaldan, rusiyalı yüngül atlet Yekaterina Volkova və belaruslu ağır atlet Anastasiya Novikova bürünc medaldan məhrum ediliblər.
Azərbaycanlı ağır atlet Sərdar Həsənov da dopinqdə “ilişib”. Amma o Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında uğursuz çıxış etmiş və öz qrupunda 6 idmançı arasında sonuncu olmuşdu.
Qeyd edək ki, Sərdar Həsənovun Pekin Olimpiadasında dopinqli halda yarışdığı bir neçə ay əvvəl iddia olunmuşdu. O vaxt idmançıMız günahsız olduğunu bildirmişdi: “Mən 8 il əvvəl təmiz çıxmışdım. Olimpiadaya yollanmazdan əvvəl 3 dəfə dopinq-testdən keçdim. Bu analizlərin heç birində orqanizmimdə dopinq aşkarlanmadı”.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI