Prezident Azərbaycana yeni təyin olunan 4 ölkənin səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin etimadnaməsini qəbul edib. APA TV-nin məlumatına görə, səfir Allama Siddiki fəxri qarovul dəstəsinin qarşısından keçib.

 

Allama Siddiki etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

***

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin etimadnaməsini də qəbul edib. Səfir Pule İsaak Malefane fəxri qarovul dəstəsinin qarşısından keçib.

 

Pule İsaak Malefane etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

***

Azərbaycanın dövlət başçısı Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin etimadnaməsini də qəbul edib. Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit fəxri qarovul dəstəsinin qarşısından keçib.

 

Yakupitiya Kuruppu Araççic Rohanacit etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

***
Oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib. Səfir Məhəmməd Əli Kamil fəxri qarovul dəstəsinin qarşısından keçib.

 

Məhəmməd Əli Kamil etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.


Prezident İlham Əliyev diplomatlarla söhbəti zamanı onların fəaliyyəti müddətində adı çəkilən ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafı üçün çalışılacağından əminliyini ifadə edib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR