Cəlilabadda çay məcrasından çıxdı, kəndlər su altında qala bilər
İntesniv yağışlar Cəlilabadda da bir sıra fəsadlar törədib. APA TV-nin cənub bürosunun məlumatına görə, rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Ərazidəki bəndin partlama təhlükəsi yarandığı üçün texnika vasitəsi ilə qabaqlayıcı tədbirlər görülməyə başlanıb. Sözügedən bəndin partlaması ilə rayonun düzən ərazilərində yerləşən kəndlərin suyun altında qalması təhlükəsi yaranıb.
Suyun axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan iri yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.
Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyektləri suyun altında qalıb. Hazırda rayonun müvafiq qurumları tərəfindən selin qarşısını almaqdan ötrü ağır texnikalar qabaqlayıcı tədbirlərə cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI