Çavuşoğlunun açıqlamasına Dəməşqdən sərt mesaj - GƏRGİNLİK ARTIR

"Əsəd qüvvələri İŞİD-lə mübarizə aparan müxaliflərə hücum edir. Rejim və onu dəstəkləyənlərin planında nə olduğunu açıq şəkildə görürük. Azad Suriya Ordusunun hücum əməliyyatları dayandırılmayacaq. "Fərat qalxanı" əməliyyatı davam edəcək. Əl Bab təmizlənənə qədər davam edəcək". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azad Suriya Ordusuna çəllək bombası ilə hava hücumu edilməsinə münasibət bildirərkən deyib.


Bu arada Əsəd qüvvələrinin komandanlığından Türkiyə təhdid edilib. Reuters-ə yazılı göndərilən açıqlamada "Hələbin şimalında və şərqindəki mövqelərə Türkiyənin yaxınlaşması durumunda güc tətbiq ediləcəyi" bildirilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR