Qırğızıstan hökuməti istefaya getdi

Qırğızıstan hökuməti tam tərkibdə istefaya göndərilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə prezident Almazbek Atambayev sərəncam imzalayıb.

 

Prezidentin bu addımı ölkədə keçirilən son parlament seçkilərindən sonra hakim partiyanın parlamentdə çoxluğu itirməsi səbəbindən atdığı bildirilib.


Qeyd edək ki, yeni hökumət formalaşanadək ölkənin Nazirlər Kabineti öz fəaliyyətini davam etdirəcək.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR