Gəncədə mənzildə partlayış: ağır yaralı var

Gəncədə yaşayış evində partlayış baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yerləşən bina 4-də qeydə alınıb.

Orada yaşayan 37 Elçin Nağıyev yaşadığı evin vanna otağında çimərkən su qızdırıcı partlayıb və o, yuxarı ətrafın 1-2 dərəcəli termiki yanıq xəsarətləri alıb. E. Nağıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərildikdən sonra Bakıda olan aidiyyatı üzrə xəstəxanaya göndərilib. 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR