"Bolkart" 5 yaşını qeyd edir
Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı "Bolkart" nə az, nə çox - düz 5 yaşını qeyd edir. Düz 5 il bundan qabaq ölkəmizin bank sektorunda sözün əsl mənasında böyük bir inqilab baş verdi. İlk dəfə olaraq Azərbaycan müştərisi hissə-hissə ödənişli kredit kartı - "Bank of Baku"nun "Bolkart" məhsulu ilə tanış oldu. Dünya təcrübəsini Azərbaycana ilk dəfə gətirməklə alış-veriş sevərlərə geniş imkanlar təqdim edən "Bolkart" bu gün artıq 5 yaşını qeyd edir. 5 il ərzində "Bolkart" daim yeniləndi, xidmət dairəsini genişləndirdi, istifadəçilərinə bol-bol üstünlüklər qazandırdı, uşaqdan tutmuş böyüyə qədər hər kəsin sevimlisinə çevrildi. Və bu gün 5 yaşında onu seçənləri sürprizlər dolu kampaniyalar, hədiyyələrlə sevindirmək niyyətindədir.
Partnyorlarla iş və satış Departamentinin direktoru Nicat Bağırov bildirib ki, "Bank of Baku" ailəsi olaraq bu gün onlar üçün çox sevincli və eyni zamanda qürurverici bir gündür: "Sevinirik ki, yüz minlərlə müştərinin seçdiyi, sevdiyi "Bolkart"ımız 5 yaşını qeyd edir. Ona görə qürurluyuq ki, "Bolkart" Azərbaycanımızda hazırda olan bütün kredit kartlarının ilki olaraq bazara daxil oldu və sələfi adını layiqincə qoruyub saxlayır. Bizə bu sevinci, bu qüruru yaşadan müştərilərimizə böyük təşəkkürümüzü bildirmək istərdik. Onlarsız bu uğur və sevinc hissi bu qədər möhtəşəm olmazdı. "Bolkart"ımızın 5 yaşında sevincimizi onlarla paylaşmaq üçün müştərilərimizi 1 ay boyunca hədiyyələr və sürprizlər dolu kampaniyalar, lotereyalarla sevindirəcəyik”.
"Bank of Baku" təmsilçiləri "Bolkart"ın 5 yaşı münasibətilə bu kartı ilk əldə edən 5 müştəri ilə görüşüb, 5 il ərzində göstərdikləri sadiqliyə görə onlara təşəkkür edib, hədiyyələr təqdim edib.
Bankın müştərisi Aliyə Həsənova "Bolkart"dan 5 ildir istifadə etdiyini deyib: “Artıq 8 ilə yaxındır “Bank of Baku”nun müştərisiyəm. 5 ildir "Bolkart"dan istifadə edirəm. Bir çox məkanlarda keçərli olduğu üçün "Bolkart"dan istifadə edirəm. "Bolkart"dan istifadə etdiyim üçün çox məmnunam”.
Müştəri Namiq Mirzəağayev bu müddət ərzində göstərilən xidmətdən razı olduğunu deyib: “10 ilə yaxındır “Bank of Baku” nun müştərisiyəm. 5 ildir "Bolkart"dan istifadə edirəm. Bu 5 il ərzində çox razı qalmışam. Hissə-hissə ödənişə görə rahat bankdır. Ödəniş terminalları hər yerdə var və 24 saat işləyir. Bu 5 il ərzində alış-verişin 50%-dən çoxunu "Bolkart"la etmişəm”.
"Bolkart"ın 5 yaşı münasibətilə keçiriləcək lotereya və kampaniyalar haqqında məlumatla "Bank of Baku"nun və "Bolkart"ın rəsmi Facebook səhifəsindən və internet ünvanlarından tanış ola bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI