Bütün valyutalar bahalaşır - GÜNÜN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 25-i ilə müqayisədə bahalaşaraq 1,6291 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,7737 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9815 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.
Rusiya rublu və Türkiyə lirəsi də artıb. Müvafiq olaraq 1000 rubl 26 manat 20 qəpik, 100 lirə isə 53 manatdır.
Gürcüstan larisi isə ucuzlaşıb. 100 lari hazırda 68 manat 2 qəpik təşkil edir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI