İraq imtina etdi, neft ucuzlaşmağa başladı
İraq hökumətinin OPEK razılaşmasından çıxmaq niyyəti nefti xeyli ucuzlaşdırıb. Gün ərzində 1,2% dəyər itirən "Brent" nefti birjaların səhər seanslarında 50,18 dollardan təklif olunur. Ekspertlər qiymətlərin günün sonuna kimi 50 dollardan aşağı düşə biləcəyini güman edirlər. Qərbi Texas nefti isə uzun müddətdən sonra ilk dəfə 50 dollardan ucuz satılıb. Hərraclarda Qərbi Texas nefti 49,27 dollardan təklif olunur ki, bu da hasilatçı ölkələrin İstanbul görüşündən sonra qeydə alınan ən aşağı qiymətlərdən biridir.
Bu gün Amerikanın hasil olunmuş neft ehtiyatlarının həcminə dair rəsmi statistika açıqlanacaq. Bu ehtiyatlar altı həftədir azalmaqda davam edir, ekspertlər bu həftə də ehtiyatların azalacağı ehtimalının yüksək olduğunu bildirir. Bundan başqa ABŞ-ın ilin sonunadək pul-kredit siyasətini sərtləşdirəcəyinə dair gözləntilər neftə tələbatı azaldır, bu isə öz növbəsində neftin ucuzlaşmasına səbəb olur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI