Əsəd qüvvələri Türkiyənin dəstəklədiyi müxalifləri havadan vurdu
Əsəd qüvvələri və PYD Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna zərbələr endirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə müxaliflərin İŞİD-dən təmizləmək istədiyi Əl Bab şəhəri istiqamətində qeydə alınıb.
Azad Suriya Ordusunun İŞİD-dən geri aldığı Tel Çeçen və Tel Madig kəndlərinə havadan Əsəd qüvvələrinə aid helikopterlər, qurudan isə PYD terrorçuları atəş açıb.
Hökumət qüvvələri çəllək bombasından istifadə edib. Müxaliflərin 3 döyüşçüsü ölüb, 13 yaralı var. Yaralılar Türkiyənin Kilis şəhər xəstəxanasına çatdırılıb.
Bu arada İŞİD-in bu yaxınlarda tərk etməyə məcbur qaldığı Akterinin cənub-qərbindəki Burhan kəndində bomba yüklü maşını partlatdığı məlum olub.
Azad Suriya Ordusu Hələbin şimalındakı Fəfin kəndinə yaxınlaşır. Şəhərin həmin istiqamətdəki girişinə cəmi 4 kilometr məsafə qalıb.
Azad Suriya Ordusunun İŞİD-dən geri aldığı Tel Çeçen və Tel Madig kəndlərinə havadan Əsəd qüvvələrinə aid helikopterlər, qurudan isə PYD terrorçuları atəş açıb.
Hökumət qüvvələri çəllək bombasından istifadə edib. Müxaliflərin 3 döyüşçüsü ölüb, 13 yaralı var. Yaralılar Türkiyənin Kilis şəhər xəstəxanasına çatdırılıb.
Azad Suriya Ordusu Hələbin şimalındakı Fəfin kəndinə yaxınlaşır. Şəhərin həmin istiqamətdəki girişinə cəmi 4 kilometr məsafə qalıb.
OXŞAR XƏBƏRLƏR
04:40
918
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
855
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1280
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1561
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1495
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1268