Lerikə güclü qar yağdı
Dağlıq Lerik rayonuna bu ay ikinci dəfə qar yağıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, yağıntı rayonun 70-ə yaxın yaşayış məntəqəsini əhatə edib.
Qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 5-10 sm təşkil edib. Qar yağışı rayonda hər hansı ciddi çətinliklər yaratmayıb. Lənkəran-Lerik şosesində sürüşmə aktivliyinin artması səbəbindən yolda xırda uçqunlar baş versə də, 43 saylı rayon yol-istismar sahəsinin işçi qüvvəsinin və ağır texnikasının köməyi ilə problem operativ qaydada aradan qaldırılıb.
Rayona elektrik enerjisinin, təbii qazın və içməli suyun verilməsində də heç bir çətinlik yaşanmayıb.
Ucqar yaşayış məntəqələrinə gedən avtomobil yolları müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb. Lazım gəldiyi təqdirdə yollarda qum və duz ehtiyatından istifadə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti oktyabrın 27-ə kimi davam edək. Bu gecə yüksək dağlıq ərazilərdə tempraturun mənfi 1-2 dərəcəyə kimi enəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI