Astarada keçmiş məhkumdan 3,5 kiloqramdan narkotik götürüldü
Astara rayonunda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub. Bu barədə məlumatı APA TV-nin cənub bürosuna Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi, polis leytenantı Elvin Əzimzadə verib.
Onun sözlərinə görə, polis əməkdaşlarının həyata keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində pasport qeydiyyatında olan və hazırda Astara rayonunun Bəndəsər kəndində yaşayan, əvvəllər iki dəfə məhkum edilmiş 45 yaşlı Rauf Sabir oğlu Qurbanov 14 kibrit qutusunda ümumi çəkisi 41,25 qram qurudulmuş marixuananı şərti alıcıya satmaq istəyərkən yaxalanıb. Daha sonra onun yaşadığı fərdi evə baxış keçirilərkən zirzəmidən qara rəngli torbada külli miqdarda - ümumi çəkisi 3 kiloqram 560 qram olan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI