Tovuzda iki avtomobil toqquşdu: ağır yaralı var

Tovuzda "VAZ" markalı iki avtomobil toqquşub, xəsarət alanlar var. APA TV-nin qərb bürosunun verdiyi xəbərə görə, hadisə Tovuz şəhərinin girişində, Qala kompleksinin yaxınlığında qeydə alınıb.

“VAZ 2109” və “VAZ 2104” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər yaralanıb. "VAZ 2109"un sərnişini 33 yaşlı Xəyal Poladov ağır bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri yüngül olan sürücülərə isə hadisə yerində tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 

Hadisəyə yağmurlu havanın səbəb olduğu bildirilir.


Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR