Obamanın müşaviri: "PKK terror qruplaşmasıdır"

ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə məsələləri üzrə təmsilçisi Brett McGurk PKK ilə bağlı açıqlamalar verib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Mosul əməliyyatının çətin olacağını və vaxt aparacağını da istisna etməyib.

İraq paytaxtında keçirilən mətbuat toplantısında McGruk əməliyyatın cızılan plan üzrə getdiyini və nəticələr əldə edildiyini də deyib.
 

O bildirib ki, İŞİD Kərkük və Rutbada kiçik qruplarla terror aktları törədir və bu halların artacağı ehtimalı var.

McGruk PKK-nın terror qruplaşması olduğunu, Türkiyə ilə yanaşı Şimali İraq Kürd Muxtariyyətinə də təhlükə yaratdığını qeyd edib.

ABŞ hərbi qüvvələrinin Mosul əməliyyatından sonra İraqda qalıb-qalmayacağı məsələsinə gəlincə, Ağ Ev sözçüsü bunun daha çox Bağdadın razılığından asılı olduğunu vurğulayıb.
 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR