Pentaqon rəhbəri: "Suriyada İŞİD-in "paytaxtı"na hücuma hazırlaşırıq"

ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in Suriyada özünə "paytaxt" elan etdiyi Rəqqaya hücuma hazırlaşır. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Parisdə ABŞ-ın müdafiə naziri Eşton Karter deyib:

"Biz müttəfiqlərimizlə Rəqqanın terrorçulardan təmizlənməsi əməliyyatına hazırlaşırıq", - deyə o, koalisiya ölkələrindən olan həmkarları ilə görüşündə bildirib.

Öz növbəsində Fransalı nazir Jan İv Le Drian Rəqqa əməliyyatı barədə danışmağın hələ tez olduğunu dilə gətirib:

"Plan var, amma hələ bu haqda konkret nə isə demək tezdir, - deyə o qeyd dib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR