Ukraynada ermənilərlə gürcülər arasında atışma: ölənlər var
Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident baş verib. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, şəhər mərkəzindəki "Coker" kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi sonradan atışmaya çevrilib.
İki nəfər ölüb, onlardan biri erməni, biri gürcüdür. Zaporojye vilayət prokurorluğundan faktı təsdiqlənib.
"Bu kriminal ünsürlərin söhbəti deyil, cavan adamlar arasında baş verən xuliqanlıqdır. Onların heç biri əvvəllər məhkumluq həyatı yaşamayıb", - deyə prokuror Valeri Romanov bildirib.
Hadisənin qız üstündə törədildiyi bildirilir. Bir qrup şəxs kafedə axşam saat 8-dən gecə saat 3-ə qədər spirtli içkilər qəbul edib. Silahlı insident də gecə baş verib. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI