Zaqatalaya qar yağıb - TƏBİƏT GÖRÜNTÜLƏRİ
Son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davan edir. Dünən axşam saatlarından başlayaraq bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzənlik ərazilərdə müsbət 4-2 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb. Günortadan sonra Zaqatala rayonunun dəniz səviyyəsindən təxminən 800 metr yüksəklikdə və rayon mərkəzindən 3-4 km məsafədə yerləşən Car, Axaxdərə və Taxtalar kəndlərinə ilk qar yağmağa başlayıb.
Kənd sakinlərini isə belə tez yağan qarın hələ yarpağı tökülməmiş və meyvəsi yığılmamış ağaclara ciddi ziyan verəcəyindən narahatdırlar. Qar çox yağarsa, xüsusilə meyvəsi yığılmamış xurma və şabalıd ağaclarının budaqlarının qırılma təhlükəsi var.
Hazırda qar yağıntısı davam edir və qarın qalınlığı 2 santimetrə çatıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI