Cavid Hüseynov "Qəbələ" forması ilə oyuna çıxdı - 446 GÜN SONRA

"Qəbələ" futbol klubunun yarımmüdafiəçisi Cavid Hüseynov təxminən 64 həftədən sonra ilk dəfə meydana çıxıb. APA TV-nin məlumatına görə, "Sumqayıt"la oyunun 83-cü dəqiqəsində meydana çıxan futbolçu bununla 446 günlük həsrətə son qoyub. Sonuncu dəfə ötən il avqustun 6-da “Qəbələ” forması ilə oynayan Cavid Hüseynov vurduğu qolla komandasının "Apollon" üzərində qələbəsini təmin etmişdi. Daha sonra jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu iki həftə əvvəl azadlığa buraxılıb. 

 

Qeyd edək ki, Cavid Hüseynovun oyuna çıxdığı "Sumqayıt" - "Qəbələ" matçı 2-2 hesabı ilə bitib. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR