Xorvatiya prezidenti: "İqtisadi əməkdaşlığımız üçün daha güclü zəmin yaratmalıyıq"
Azərbaycanla Xorvatiya iqtisadi əməkdaşlıq üçün daha güclü zəmin yaratmalıdır. APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda söyləyib.
"Mənim tərəfindən “3 dəniz” təşəbbüsü irəli sürülüb. Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi layihəsindən söhbət gedir. Təəssüf ki, bizim iqtisadi əməkdaşlığımızın neft qiymətindən və ya Azərbaycanın sifariş etdiyi bərə gəmilərinin sayından asılı olduğunu görürük. İqtisadi əməkdaşlığımız üçün daha güclü zəmin yaratmalıyıq. Mən şadam ki, bu gün bu forumda böyük sayda iş adamları iştirak edir. Azərbaycana rəsmi səfərimdə məni 50-dən artıq şirkət nümayəndəsi müşayiət edir. Xorvatiyada son 6 ildə müşayiət edilən tənəzzüldən sonra iqtisadiyyatımız inkişaf mərhələsinə qədəm qoyub, ümumdaxili məhsulun həcmi artır. Bu şirkətlər Xorvatiya iqtisadiyyatına həm Avropa, həm də qlobal bazarlarda öz töhfələrini veriblər. Bu gün bu şirkətlər Xorvatiyanın aparıcı şirkətləridir. Mənim məqsədim kiçik və orta şirkətlərin iqtisadiyyatın artım generatoru, aparıcı qüvvəsi olmasına nail olmaqdır".
Xorvatiya prezidenti bu şirkətlərin Azərbaycanla əlaqələrə mahiyyət verməli olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI