Kəmaləddin Heydərov başsağlığı vermək üçün Qətər səfirliyinə gedib

Azərbaycanın fövqəladə hallar naziri, Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Kəmaləddin Heydərov oktyabrın 25-də Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyində olub.

 

Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, nazir Qətər dövlətinin keçmiş Əmiri Şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR