Maşın DƏRƏYƏ AŞDI, iki gənc yaralandı
Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA TV-nin xəbərinə gəröə, hadisə Şəki-Qax yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində Şin körpüsü yaxınlığında qeydə alınıb. Şəki şəhər sakini, 24 yaşlı Anar Bayramov idarə etdiyi “Hyundai” markalı 90 SN 706 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı dərəyə aşırıb.
Qəza nəticəsində sürücü Elman Bayramov və sərnişini, Zəngilan rayonundan olan məcburi köçkün, hazırda Bakı şəhərində yaşayan 26 yaşlı Pünhan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta stabil olduğu və müalicələrinin xəstəxanada davam etdiyi bildirilir.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi