DİN sistemində yeni təyinat olub
Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Ayxan Bağırov Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi təyin edilib.
Xatırladaq ki, bir müddət əvvəl 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, 2014-cü ildə Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunduqdan sonra idarənin bir qrup əməkdaşı işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad olunub. İşdən çıxarılanlar arasında Baş İdarənin Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov da olub.
OXŞAR XƏBƏRLƏR
04:40
943
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
870
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1298
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1563
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1497
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1270