İSİD 9 nəfəri neft quyusunda yandırdı

İŞİD silahlıları qruplaşmanın 9 silahdaşını edam edib.

 

APA TV-nin "Vesti.az"a istinadən məlumatına görə, onlar Mosulun mərkəzində neft quyusuna atılaraq, yandırılıblar.

 

 İlkin informasiyaya görə, həmin şəxslər bir qədər öncə İraqın hökumət qüvvələri ilə qanlı döyüşlərdən qaçmaq istəyərkən, girov götürülüb. Daha sonra terrorçular onların əl-qolunu bağlayaraq, neftlə dolu olan quyuya atıblar.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR