Bu il Türkiyədə neçə azərbaycanlı ev alıb?
Bu ilin sentyabrında xarici ölkə vətəndaşları Türkiyədən 1299 mənzil alıb. Ötən ilin sentyabr ayı ilə müqayisədə ötən ay Türkiyədə ev alan əcnəbilərin sayı 27,23% azalıb.
Məlumata əsasən, Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, İngiltərə, Əfqanıstan, Almaniya, İran, Ukrayna və Azərbaycan vətəndaşları üstünlük təşkil edib. Belə ki, İraq vətəndaşları Türkiyədən 230, Səudiyyə Ərəbistanı vətəndaşları 140, Rusiya vətəndaşları 99, Küveyt vətəndaşları 85, İngiltərə vətəndaşları 84, Əfqanıstan vətəndaşları 64, Almaniya vətəndaşları 61, İran vətəndaşları 42, Ukrayna vətəndaşları 42 mənzil alıb.
Azərbaycan Türkiyədən ev alanların siyahısında 14-cü yerdə qərarlaşıb. Sentyabrda həmvətənlərimiz qardaş ölkədən 37 mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,93% azdır. Ümumiyyətlə bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 465 mənzilə sahiblik hüququ əldə edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 103 mənzil və ya 18,13% azdır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI