İran vətəndaşı ilə narkotik alveri edən 30 il dustaq olmuş şəxs tutuldu

Astarada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər zərərsizləşdirilib. Bu barədə məlumatı APA TV-nin cənub bürosuna Astara Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi, polis mayoru Elman Quliyev verib.


Onun sözlərinə görə, İran İslam Respublikasının vətəndaşı, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbər Cahanbəxş oğlu Şəfəqniya tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitə olan həşiş qətranının satışını təşkil etmək məqsədilə əldə etdiyi 3751,40 qram həşiş qətranını dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənar ərazidə yerləşən Azərbaycan Respublikasının Astara rayonunun Züngüləş kəndinə keçərək, narkotik maddəni Astara şəhər sakini Əhliman İman oğlu İmanzadəyə verib.  Əməliyyat məlumatına müvafiq olaraq polis əməkdaşları Əhliman İmanzadənin yaşadığı evə gələrək mənzilin zirzəmisindən 6 büküm, ümumi çəkisi 3715 qram həşiş qətranını aşkarlayaraq götürüblər. Həmçinin Əkbər Şəfəqniya və Əhliman İmanzadə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Araşdırmalar zamanı məlum olub ki, Əkbər Şəfəqniyanın eyni əməllərə görə 9 il, Əhliman İmanzadənin isə üst-üstə 30 il məhkumluq həyatı yaşayıb. Astara Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR