Adil Öksüzün başına 1,33 milyon dollar mükafat təyin olundu
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin təlimatı ilə prosesləri idarə etməkdə şübhəli sayılan Adil Öksüzün yeri barədə məlumat verən şəxsə 4 milyon lirə (1,33 milyon dollar) mükafat ödənəcək.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki imamı sayılan Adil Öksüzün adı Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən tərtib edilən terrorçular siyahısında “qırmızı kateqoriya”ya daxil edilib.
Adil Öksüzlə bərabər bu kateqoriyada PKK terror təşkilatının rəhbərliyindəki şəxslər yer alır. Bu kateqoriyaya daxil edilən terrorçuların yeri barədə məlumat verən şəxslər üçün 4 milyon lirə mükafat nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
04:40
937
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
864
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1293
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1561
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1495
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1268