Qax sakini sirkə içərək intihar etdi
Qaxda 65 yaşlı kişi araq əvəzinə sirkə turşusu içərək ölüb. APA TV-nin məlumatına görə, oktyabrın 24-ü günorta saatlarında Qax şəhəri, Yunus Əmrə küçəsi, ev 15 ünvanında yaşayan 1951-ci il təvəllüdlü İlidon Pavlioviç Babacanaşvili mədəsində kəskin ağrılar və zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına daxil olub.
Həkimlərin müdaxiləsinə baxmayaraq İlidon Babacanaşvilinin həyatını xilas etmək mümkün olmayıb. İlidon Babacanaşvili xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.
Məlumatda bildirilir ki, içkiyə meylli olan 65 yaşlı İlidon Babacanaşvili həmin gün səhər saatlarında sərxoş vəziyyətdə araq əvəzinə sirkə turşusu qəbul edib.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
04:40
937
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
04:15
864
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
17:59
1293
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1561
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1495
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1268