Rusiyaya qarşı təzyiqlər səngimir: Sanksiyaların müddəti artırıldı

Ukrayna da daxil olmaqla, daha beş ölkə Rusiyaya tətbiq olunan sanksiyaların müddətini altı ay uzadıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini açıqlayıb. Ali komissar eyni zamanda bu ölkələrin Norveç, Albaniya, Çernoqoriya, Lixtenşteyn və Ukrayna olduğunu bildirib. O, eyni zamanda təmsil etdiyi qurumun ölkələrin bu qərarını alqışladığını qeyd edib. 

 

Xatırladaq ki, Avropa İttifaqı sentyabrın 15-də Rusiyanın dövlət məmurlarına qarşı sanksiyaların təsirinin daha altı ay davam etməsini qərarlaşdırıb.

 

Qeyd edək ki, maliyyə və ticarət də daxil olmaqla, bir sıra sahələri əhatə edən sanksiyalar 2014-cü ildə Ukraynada baş verən hadisələr səbəbindən tətbiq edilmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR